Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Ruben Safrastyan bildirib.
Erməni ekspert qeyd edib ki, Vaşinqton İran və Azərbaycan arasında tərəfdaşlığı nəzərə alır ki, bu da müxtəlif layihələrin, o cümlədən nəqliyyat layihələrinin həyata keçirilməsindən irəli gəlir.
Onun sözlərinə görə, bu baxımdan, Xəzər dənizində azad iqtisadi zonanın yaradılması ABŞ üçün vacib bir layihə ola bilər.
"Səfər Barak Obama rəhbərliyinin siyasətini dəyişdirməyə yönəlib. Con Boltonun bəyanatlarında hiss olunmamasına baxmayaraq, Tramp administrasiyasının siyasəti region ölkələri ilə münasibətlərin dəyişdirilməsinə, o cümlədən Azadlıq Dəstək Qanununa 907-ci düzəlişdə Azərbaycana silah satışı qadağasının mümkün qədər aradan qaldırılması ilə bağlıdır".
Onun sözlərinə görə, ehtimal olunur ki, ABŞ tərəfi müstəqil subyekt kimi münasibətlərini inkişaf etdirmək, Rusiyadan ayrıca olaraq , o cümlədən Azərbaycana birbaşa silah satışı yolu ilə region ölkələri ilə əlaqələrini inkişaf etdirməyə çalışır.
Xatırladaq ki, ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Con Bolton ötən həftə Cənubi Qafqaz respublikalarını ziyarət edib.
Ordu.az