Kreml Azərbaycanın KTMT-yə üzv olmasını istəyir

2018/10/14830-1540545064.jpg
Oxunub: 3218     13:10     26 Oktyabr 2018    
Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) mümkün üzvlüyü məsələsinə münasibət bildirib.

Ordu.az Azvision.az-a istinadən xəbər verir ki, rusiyalı deputat Bakıda jurnalistlərə açıqlamasında qeyd edib ki, KTMT-nın aparıcı üzvü olan Rusiya Azərbaycan kimi güclü və etibarlı bir ölkənin quruma üzv olma imkanını alqışlayır:

"Azərbaycan Cənubi Qafqazda özünün etibarlı tərəfdaş olduğunu sübut edib, günü-gündən regionun sabitliyinə, burada gedən dinc proseslərə təsir edir".

Ermənistan tərəfinin Azərbaycanın KTMT-ya üzvlüyünə veto qoyacağına dair səsləndirdiyi fikirlərə münasibət bildirən Savelyev vurğulayıb ki, bu cür bəyanatlar qurum daxilində sabitliyə təsir edir:" Hesab edirəm ki, biz Rusiya olaraq Azərbaycanın quruma üzv olması məsələsində israrçı mövqe tutacağıq. Şübhəsiz ki, Azərbaycanın quruma üzv olmasının tərəfdarıyıq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Rusiya   Azərbaycan  


Bizi "telegram"da izləyin