“İdlib silahlı qruplardan təmizlənməlidir” – Zərif

2018/09/manar-03475690014785129537_1535976664.jpg
Oxunub: 2189     20:12     03 Sentyabr 2018    
“Suriyanın İdlib vilayəti silahlı qruplardan təmizlənməlidir”.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu fikirləri Suriyada səfərdə olan İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif səsləndirib.

“Suriyanın bütün ərazisi sekta və qruplardan qorunmalı və qaçqınların öz yurd-yuvalarına dönməsi, yenidənqurma işləri başladılmalıdır”, – deyə Zərif bildirib.

Qeyd edək ki, Zərif Suriyada sentyabrın 7-də Tehranda keçirilməsi planlaşdırılan Türkiyə-Rusiya-İran sammitinə hazırlıq məqsədilə suriyalı rəsmilərlə görüşəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İdlib   Terror  


Bizi "telegram"da izləyin