Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, keçmiş Pentaqon katibi bu fikrini görüşün sadəcə olaraq şəxslərin dominantlığının nümayişi olması ilə əsaslandırıb.
“Bu sammitdə ABŞ-ın maraqlarından çox Tramp administrasiyasının maraqları əsas götürülüb. Donald Trampın gedişindən sonra KXDR-lə əldə edilən sazişlərin gələcəyinə heç kim vəd verə bilməz. Bu mümkün olsa belə ABŞ üçün onun formalaşdıracağı nəticələr çox ağır olacaq. Bu sadəcə olaraq şəxsi dominantlığın nümayişi və şoudan başqa bir şey deyildi”, - deyə Panetta bildirib.
Dəyanət Ağalarlı
Ordu.az