Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə bölgədə olan yerli mənbələr bildiriblər.
Məlumata görə, bazaya Rusiya istehsalı olan Tor-M2U qısa mənzilli havadan müdafiə raket sistemləri yerləşdirilib. Bundan öncə isə buraya S-300 havadan müdafiə sistemlərinin gətirilməsi ilə bağlı xəbərlər yayılıb.
Qeyd edək ki, bazada havadan müdafiə sistemlərinin artırılması Rusiya Müdafiə Nazirliyinin ABŞ və müttəfiqlərinin Suriya üzərində raket hücumu edə biləcəyinə dair xəbərdarlıq etməsindən sonraya təsadüf edir.
Ağalar Ağalarlı
Ordu.az