“Lockheed” Yaponiya üçün F-22 və F-35 hibridini hazırlamağı düşünür

2018/09/40498226_310843123006897_1427155136391675904_n_1535818811.jpg
Oxunub: 1626     00:22     02 Sentyabr 2018    
“Lockheed Martin” ABŞ Hərbi Hava Qüvvələrinin istifadəsində olan F-22 “Raptor” və F-35 “Lightning” təyyarələrinin xüsusiyyətlərini birləşdirərək yeni qırıcı təyyarə hazırlamağı planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qurumun bu təyyarəni Yaponiyaya təklif edəcəyi iddia edilir.

ABŞ HHQ-nin general-leytenantı David Deptula bu ideyanın böyük potensialının olduğunu dilə gətirib.

“Demirəm ki, elə indi bu layihənin üzərinə düşək və tamamlayaq. Amma Yaponiyanın perspektivindən məsələyə yanaşsaq, bu layihəyə investisiya yatırmaq əhəmiyyətli ola bilər”, - deyə Deptula bildirib.

“Lockheed”in konsepsiyasında F-35-in özülü, məsələn qabaqcıl missiya komüpteri, bir-birinə bağı sensor dəstinin F-22-nin skeletinə əlavə edilməsi nəzərdə tutulub. Kompaniya yeni təyyarədə həm də stels örtüklərdən də istifadə edə bilər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Lockheed-Martin   F-22   F-35  


Bizi "telegram"da izləyin