“Dron Bölüyü” Pentaqona xeyir, yoxsa zərər verəcək?

2018/09/76_1535799067.jpg
Oxunub: 2718     18:58     01 Sentyabr 2018    
“Sürətlə inkişaf edən bir dövrdə “Rəqəmsal Bölük” anlayışı artıq innovativ bir düşüncə tərzi olmaqdan çıxıb və öz yerini “Dron Bölüyü”nə verir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri ABŞ ordusu daxilindəki Elmi Araşdırma mərkəzinin üzvü Lyuk Şabro səsləndirib.

O qeyd edib ki, 2020-ci ildə qlobal miqyasda hərbi pilotsuz uçuş aparatları bazarının ümumi həcmi 70 milyard dolları keçəcək.

“Hazırkı nəsil artıq hərbi mənada rəqəmsal dövrü də geri qoyub və dron mərhələsinə keçid edib. Mən bu nəsil üçün artıq “Rəqəmsal Bölük” yox, “Dron Bölüyü” ifadəsini daha uyğun hesab edirəm. Bu mərhələdə yetişən hərbi qüvvələrin xeyirli, yoxsa zərərli olacağını zaman göstərəcək. Lakin deyə bilərəm ki, dövrün təsirlərindən dolayı hazırda formalaşdırılan hərbi birliklər müəyyən müsbət və mənfi təsirlərə məruz qalacaqlar. İstənilən halda mənfi təsirlərə baxmayaraq, bu yarışda ən öndə getmək ABŞ üçün prioritetlərdən olmalıdır”, - deyə o vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dron-bölüyü   Pentaqon  


Bizi "telegram"da izləyin