Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Dəməşq hərbi mənbələri yayıb.
Bildirilib ki, son günlərdə İran və Suriya arasında aparılan hərbi danışıqların məntiqi nəticəsi olaraq yeni müqavilə imzalanıb.
Tərəflər arasında əldə edilən razılığa əsasən, İran öz yerli istehsalı S-300 hava hücumundan müdafiə sistemlərinin və “Kövsər” döyüş təyyarəsinin Suriyaya satışını həyata keçirəcək.
Qeyd edək ki, müqavilələrin şərtləri ilə bağlı detallı məlumat verilməsə də, sözügedən hərbi texnikaların növbəti il təhvil veriləcəyi ehtimal olunur.
Dəyanət Ağalarlı
Ordu.az