Donbasda ötən gün 2 seperatçı zərərsizləşdirilib

2018/09/40493948_252164498971800_4630758679698735104_n_1535797344.jpg
Oxunub: 2700     20:29     01 Sentyabr 2018    
Ukraynanın Donbas vilayətində seperatçılarla ordu qüvvələri arasındakı qarşıdurma səngimək bilmir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Ukrayna Birləşdirilmiş Qüvvələr Əməliyyatının mətbuat xidməti yayıb.

Bildirilib ki, ötən gün ərzində seperatçılar atəşkə rejimini ümumilikdə 11 dəfə pozublar.

Məlumata əsasən, baş verən qarşıdurmalarda ordu itki verməyib. Əvəzində ötən gün 1 seperatçı məhv edilib, daha 1-i yaralanıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Donbas   Ukrayna  


Bizi "telegram"da izləyin