ABŞ ordusunun Trampın Əfqanıstan planına inamı böyükdür

2018/09/40486177_469900076843842_7978380142957297664_n_1535797114.jpg
Oxunub: 3099     19:19     01 Sentyabr 2018    
Pentaqon ABŞ prezidenti Donald Trampın Əfqanıstan strategiyasına böyük ümid bəsləsə də, son dövrlərdə olanlar bu ölkədə işlərin hər ötən gün daha da pisə doğru getdiyini nümayiş etidirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Əfqanıstandakı ABŞ hərbi kəşfiyyatı bildirib.

Qeyd olunub ki, vəziyyətin son dövrlərdə gərginləşməsini birbaşa olaraq Trampın həyata keçirdiyi vasitələrlə əlaqələndirmək mümkün olmasa da, bu addımların təsiri danılmazdır.

“Əfqanıstan probleminin həllində uğursuzluğun bir nömrəli səbəbi ordunun 2014-cü ildə vaxtsız olaraq bu ölkəni tərk etməsidir. Lakin görünən odur ki, hazırda aparılan fəaliyyətlər də bir o qədər də effektivlik nümayiş etdirmir. Əfqanıstandakı ABŞ missiyası Donald Trampın strategiyasına böyük ümid bağlayır, lakin bu strategiyanın tətbiqində ciddi problemlər mövcuddur. Pentaqon “Taliban”a qarşı effektiv mübarizə aparmır. Bu da Vaşinqtonun və Əfqanıstan hökumətinin mövqeyini hər ötən gün daha da sarsıdır”, - deyə kəşfiyyatdan verilən açıqlamada qeyd olunub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tramp   Əfqanıstan  


Bizi "telegram"da izləyin