Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Türkiyə hökumət mənbələri yayıb.
Bildirilib ki, son dövrlərdə qruplaşmanın Suriyada həyata keçirdiyi fəaliyyətlər aktiv şəkildə izlənilir.
Belə ki, Ankara rəhbərliyinin qənaətinə görə, “Hayat Təhrir Əş-Şam” qruplaşmasının Həma, İdlib və Latakiyada həyata keçirdiyi şiddət xarakterli, sivil əhali arasında həyəcan və qorxuya səbəb olan aktlar onun terror qruplaşması siyahısına əlavə edilməsi üçün kifayət qədər tutarlı faktlardır.
Qeyd edək ki, HTŞ hazırda Suriyada fəaliyyət göstərən ən nəhəng qruplaşmadır.
Dəyanət Ağalarlı
Ordu.az