Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-ın bu mövqeyinin səbəbi Pxenyanın hələ də özünü tam olaraq etibarlı tərəfdaş kimi göstərməməsidir.
Bildirilib ki, KXDR-ə güvənmək və iki ölkə arasında bütün əlaqələrin yenidən qurulmasına imkan yaratmaq tələsik verilmiş qərar ola bilər.
“Biz tarixdə bir dəfə bunu yaşamışıq. KXDR-ə güvən formalaşıb və bu Pxenyan tərəfindən istifadə olunub. Hazırda bu səhvin təkrarlanmaması üçün KXDR-dəki vəziyyətin tam olaraq qaydasına salınması, nüvə layihələrinin tam həcmdə ləğvi və demokratikləşmə yolunun tutulması əhəmiyyətlidir. İki ölkə arasında dəmiryolunun çəkilməsi Pxenyan üçün fürsətlər yarada, qarşı tərəf bundan istifadə edə və daha sonra yenidən əvvəlki vəziyyətə geri dönə bilər. Ona görə də verilən tələblər tam olaraq qarşılanana qədər təzyiqlər davam etdiriləcək”, - deyə qeyd olunub.
Dəyanət Ağalarlı
Ordu.az