ABŞ HHQ hipersəs raketlərlə bağlı mübarizəsini davam etdirir

2018/09/456456_1535787552.jpg
Oxunub: 3327     15:37     01 Sentyabr 2018    
ABŞ Hərbi Hava Qüvvələri hipersəs raketin istehsalı ilə bağlı yeni layihə üzrə tender elan edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı ABŞ HHQ-nin mətbuat xidməti yayıb.

Bildirilib ki, istehsalı planlaşdırılan yeni hipersəs raketin sualtı döyüş gəmilərinə və qırıcılara inteqrasiya edilməsi üçün nəzərdə tutulub.

Məlumata əsasən, ümumi dəyəri 670 milyon dollar olan layihə üzrə elan edilən tenderin yekun müraciət tarixi sentyabrın 20-nə nəzərdə tutulub.

Qeyd edək ki, bu, son iki ildə ABŞ HHQ-nin elan etdiyi 6-cı hipersəs raket layihəsidir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ   Hipersəs-raketlər  


Bizi "telegram"da izləyin