Hakkaridə iki PKK üzvü zərərsizləşdirilib

2018/09/thumbs_b_c_b9c73a17b12c76b9eb50ef22c8bdb036_1535783951.jpg
Oxunub: 1683     14:38     01 Sentyabr 2018    
Türkiyə Silahlı Qüvvələri ölkənin Hakkari vilayətində PKK-ya mənsub terrorçulara qarşı hava əməliyyatları keçirib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Hakkari vilayət rəhbərliyi məlumat yayıb.

Məlumata görə, TSQ-yə məxsus PUA-lar Hakkaridəki İkiyaka dağlarında terrorçuların fəaliyyətini təsbit edib. Bundan sonra aparılan hava hücumu nəticəsində iki terrorçu zərərsizləşdirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TSQ   Hakkari   Terror  


Bizi "telegram"da izləyin