Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli mənbələr yayıb.
Bildirilib ki, əməliyyatlara son bir neçə günün qaldığı bir vaxtda terrorçular da yekun hazırlıqlarını həyata keçirirlər.
Məlumata görə, bölgədə başlıca mövqe sahibi olan “Hayat Təhrir Əş-Şam” terror qruplaşması İdlib, Həma, Latakiya və Hələbdədən əməliyyatların həyata keçiriləcəyi ərazilərə çox sayda hərbi qüvvə toplayır.
Belə ki, son 1 həftədə əraziyə azı 2 min terrorçu və onlarla texniki vasitə gətirilib.
Qeyd edək ki, terrorçu qruplaşmanın bölgədəki bütün qüvvələri demək olar ki, tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
Dəyanət Ağalarlı
Ordu.az