Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında Osipyan Mikayel Harutyunyanın axtarışa verildiyini təsdiq etsə də, onun "İnterpol" vasitəsilə axtarışa verilmədiyini qeyd edib.
Onun sözlərinə görə, hüquq mühafizə orqanları Harutyunyanın harada olduğunu hələ bilmirlər. "İnterpol"a müraciət etmək zərurətinin olub-olmadığına dair suala, Osipyan cavab verərək bildirib ki, bu məsələ ilə məşğul olurlar.
Xatırladaq ki, 1 mart 2008-ci il hadisələri ilə bağlı Mikayel Harutyunyana qarşı axtarış elan edilib.
Alpər Mövludoğlu
Ordu.az