"Ehtimal olunan müharibənin sahəsi kifayət qədər geniş olacaq" - Felqenqauer

2018/08/12_1529744620_1534328037.jpg
Oxunub: 7388     18:12     15 Avqust 2018    
"Müharibənin başlama ehtimalı isə yüksəkdir. Cəbhə xəttində cəmləşdirilmiş çox sayda hərbi texnika var".

Ordu.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Pavel Felqenqauer Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyəti şərh edərkən bildirib.

O qeyd edib ki, bir sıra amilləri nəticəsində Qarabağdakı müharibənin bərpası təhlükəsi daha da artıb.

"Ehtimal olunan müharibənin nəticələri və yayılması sahəsi kifayət qədər geniş olacaq. Qüvvələr ayrı-ayrı hərbi sahələrdə bəzi kiçik üstünlüklərlə bərabərdir. Rusiyanın müharibənin bərpası ilə bağlı mövqeyi aydındır - münaqişənin hərbi həlli yolu yoxdur", - deyə o bildirib.

Hərbi ekspertin sözlərinə görə, Rusiya münaqişəni həll etmək üçün müxtəlif üsullarla, o cümlədən tez-tez Lavrov və Zaxarova tərəfindən verilmiş bəyanatlarla bu məsələyə toxunur.

"Eyni zamanda, Ermənistan hakimiyyəti ilə müəyyən bir çətinlik var, Rusiya hələ də Ermənistan hakimiyyətinin hansı istiqamətdə hərəkət etdiyini anlamağa çalışır. Bu yaxınlarda digər açıqlamalarımdan birində bildirdim ki, NATO-nun bu regiona hərəkəti Rusiya hakimiyyəti üçün ciddi problemdir və bu bölgədə NATO-nun fəaliyyəti Rusiya üçün çox xoşagəlməzdir. Bir neçə gün öncə Rusiya baş naziri Dmitri Medvedev Gürcüstanın NATO-ya üzv olmasının faciəvi nəticələrə səbəb ola biləcəyini bəyan edərək, bunun böyük münaqişəyə və Rusiya-Qərb münasibətlərinin daha da gərginləşməsinə səbəb ola biləcəyini bildirdi.

Təbii ki, burada Ermənistana da bir işarə vardı. Ermənistan Rusiyanın strateji tərəfdaşı və KTMT-də müttəfiqi olaraq hər hansı bir addım atarkən daha ciddi qəbul olunur. Müharibənin başlama ehtimalı isə yüksəkdir. Cəbhə xəttində cəmləşdirilmiş çox sayda hərbi texnika var", - deyə Felqenqauer vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Qarabağ   Müharibə  

"Ehtimal olunan müharibənin sahəsi kifayət qədər geniş olacaq" - Felqenqauer

2018/08/12_1529744620_1534328037.jpg
Oxunub: 7389     18:12     15 Avqust 2018    