Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ordu vilayətində keçirdiyi mitinqdə səsləndirib.
O qeyd edib ki, ABŞ-ın istifadə etdiyi üslub təhdidkar və zorakı bir üslubdur.
"Bunlar bizi qorxuda bilməz. Əksinə atdıqları addım onların özünün bizdən qorxduğunu göstərir. Xalqımız bu cür təhdidlərdən çox görüb. Bizi əsla məğlub edə bilməzsiz. ABŞ bu addımla nə qədər etibarsız olduğunu bir daha sübut etdi. Onlar bir keşişi özlərinin strateji NATO müttəfiqlərindən daha önəmli hesab edir. Elədirsə, biz də bu müttəfiqliyi yenidən gözdən keçirərik", - deyə Ərdoğan vurğulayıb.
Dəyanət Ağalarlı
Ordu.az