Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyatların əsas mərkəzi Qəzni olub.
Belə ordu və polisin həyata keçirdiyi birgə əməliyyatlar nəticəsində Qəznidə 90-a qədər qiyamçı məhv edilib.
Ümumilikdə isə ötən gün ərzində ölkənin müxtəlif bölgələrində paralel şəkildə aparılan əməliyyatlarda 150-dən çox “Taliban” qiyamçısı məhv edilib, daha 17-si isə yaralanıb.
Öldürülənlər arasında qruplaşmanın 20-dən çox önəmli fiquru da mövcuddur.
Qeyd edək ki, ordu bu əməliyyatlarda 8 üzvünü itirib, daha 12-si isə yaralanıb.
Dəyanət Ağalarlı
Ordu.az