Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı layihəni həyata keçirəcək “Huntington Inglass Industries” şirkətinin vitse-prezidenti Kris Mayner bildirib.
O qeyd edib ki, 30 aylıq modernizasiya layihəsi çərçivəsində şirkət “Stennis”in mühərrik sistemlərini və radielektron dalğa qəbuledici sistemlərinin modernizasiyasını həyata keçirəcək.
Məlumata əsasən ümumi dəyəri 187,5 milyon dollar olan layihə üzrə işlər şirkətin Virciniya ştatındakı gəmiqayırma zavodunda keçiriləcək.
Qeyd edək ki, layihə “Nimitz” sinif aviadaşıyıcısına əlavə 15 il ömür qazandıracaq.
Dəyanət Ağalarlı
Ordu.az