Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, tərəflər görüş zamanı ikitərəfli hərbi əməkdaşlıqlarını müzakirə edib və KXDR-in nüvəsizləşmə ilə bağlı öhdəliklərini qeyd ediblər.
Eyni zamanda Çinin Cənubi Çin dənizindəki hərbi fəaliyyətlərinə də toxunan tərəflər bildiriblər ki, bölgədə hər hansısa bir dövlətin təhdidkar addımlarına qarşı qətiyyətlə mübarizə aparacaqlar.
Tərəflər həmçinin daha sonra hər iki ölkənin müdafiə və xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək 2+2 formatlı görüşlə bağlı da razılıq əldə ediblər.
Qeyd edək ki, bu, 2012-ci ildən bu yana Cənubi Koreyadan Müdafiə naziri səviyyəsində Hindistana edilən ilk rəsmi səfərdir.
Dəyanət Ağalarlı
Ordu.az