Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri NATO tərkibində Avropada fəaliyyət göstərən ABŞ hərbi birliklərinin generalı Ben Hoçs bildirib.
O qeyd edib ki, hazırda NATO üzvü olan Latviya, Litva və Estoniya kimi Baltikyanı ölkələr Rusiyaya qarşı müdafiə NATO-nun dəstəyinə güvənə bilməzlər.
“Fikrimcə bu regionun alyansa qatılması tələsik və tam inteqrasiya həyata keçirilmədən atılmış addımdır. Rusiyanın bu dövlətlərin paytaxtına daxil olması üçün sadəcə 36 saata ehtiyacı var. Yəni NATO gözünü açana kimi artıq bu region əldən getmiş olacaq. Buna görə də hazırda NATO daxilində xidmət edən heç bir hərbçi və bu dövlətlərdən savayı üzv dövlət Baltik regionu üçün başını ağrıtmaq fikrində deyil”, - deyə o qeyd edib.
Dəyanət Ağalarlı
Ordu.az