Cənubi Koreya kəşfiyyatında 1200 xidmətçi işdən azad edilib

2018/08/456456_1533984401.jpg
Oxunub: 184     17:39     11 Avqust 2018    
Cənubi Koreya hökuməti ordunun kəşfiyyat qolundakı çox sayda ali rütbəli hərbçilər vəzifələrindən azad edilərək yeni nümayəndələrlə əvəz edilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli mənbələr yayıb.

Bildirilib ki, Cənubi Koreya hərbi kəşfiyyat orqanında fəaliyyət göstərən 4200 qulluqçudan təxminən 30 faizə qədəri yəni 1200-dən çoxu işdən azad edilərək yeni üzvlərlə əvəz edilib.

Hərbi rəhbərlik buna səbəb kimi son zamanlarda kəşfiyyat məlumatlarının KXDR, Çin və başqa ölkələrə sızdırılması ilə bağlı irəli sürülən iddiaları əsas göstərib.

Bildirilib ki, işdən azad edilənlər barəsində araşdırma aparılır. Təqsirsiz olduqları sübuta yetiriləcəyi təqdirdə yenidən vəzifələrinə geri qaytarılacaqlar.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Cənubi-Koreya   Kəşfiyyat  

Xəbər lenti

Cənubi Koreya kəşfiyyatında 1200 xidmətçi işdən azad edilib

2018/08/456456_1533984401.jpg
Oxunub: 185     17:39     11 Avqust 2018    