Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, 225 min nəfərlik Çin Xalq Azadlıq Ordusunu donanmasının tərkibində hazırda 500-ə qədər döyüş gəmisi, 700-dən çox təyyarə mövcuddur.
Sadəcə son 5 ildə Çin donanması özünün 50-ə qədər yeni gəmisini əldə edib, həmçinin daha 120-dən çoxu modernizasiya edilib.
Hazırda 2 aviadaşıyıcısı, 2 amfibik nəqliyyat gəmisi, 32 esminesi, 50 freqatı, 37 korveti, 109 raket gəmisi, 94 sualtı gəmisi, 29 sualtı ovçu gəmisinə sahib donanma daha 4 aviadaşıyıcı və ümumilikdə 100-ə qədər gəminin istehsalını aparır.
Qeyd edək ki, bununla yanaşı Çin XAO donanması 2025-ci ilə kimi sahib olduğu təyyarələrin sayını da 1000-ə çatdırmağı hədəfləyir.
Dəyanət Ağalarlı
Ordu.az