Ordu.az “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Suriyadakı Rusiya hərbi qüvvələrinin komandanı Viktor Zaitsev bildirib.
O qeyd edib ki, bu Suriyada qurulacaq 8 hərbi polis məntəqəsinin birincisidir.
“Biz artıq Küneytrənin Əl-Vesiyəh bölgəsindəyik. Buradakı məntəqənin qurulması ilə bağlı işlərimizi yekunlaşdırdıq. Lakin bu son deyil. Rusiya Küneytrədə müxtəlif istiqamətlərdə daha 7 yeni hərbi polis məntəqəsi formalaşdıracaq. Bizim bu addımımız İsrail, Suriya və beynəlxalq birliklə razılışdırılmış şəkildə atılıb”, - deyə o bildirib.
Dəyanət Ağalarlı
Ordu.az