Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Rusiya donanmasının Sakit okean filotiliyasının mətbuat katibi Nikolay Voskresenski bildirib.
O qeyd edib ki, təlimlər zamanı donanma hava əməliyyatları keçirir və gəmidən artilleriya atəşləri endirirlər.
Donanma rəsmisinin sözlərinə əsasən, həyata keçirilən təlimlər hər hansısa bir dövlətə güc göstərişi məqsədi daşımır və ordunun hazırlıq səviyyəsini ölçmək məqsədilə keçirilir.
Qeyd edək ki, 10-a qədər gəminin iştirak etdiyi donanma təlimlərinin 14 avqustda yekunlaşdırılması planlaşdırılır.
Dəyanət Ağalarlı.
Ordu.az