Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Əfqanıstan Müdafiə Nazirliyi bildirib.
O qeyd edib ki, əməliyyatlar nəticəsində Cəlalabad və Torxam vilayətləri arasındakı 30-dan çox kənd və qəsəbə “Taliban” qiyamçılarından azad edilib.
Bildirilib ki, əməliyyatlar nəticəsində azı 55 qiyamçı zərərsizləşdirilib. Qiyamçılara məxsus 2 nəhəng silah deposu ələ keçirilib.
Qeyd edək ki, ordu bu əməliyyatlar zamanı 12 hərbçisini itirib.
Dəyanət Ağalarlı
Ordu.az