Yaponiyada helikopter qəzası: 9 nəfər həlak olub

2018/08/thumbs_b_c_c9a816cb0d47110656edff95bcdcf3ce_1533971652.jpg
Oxunub: 509     15:11     11 Avqust 2018    
Yaponiyanın Maebaşi şəhərində xilasetmə helikopteri qəzaya uğrayıb.

Ordu.az “Kyodo” agentliyinə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı hadisənin baş verdiyi Qunma bölgə rəhbərliyi bildirib.

Qeyd olunub ki, araşdırmalar nəticəsində ötən gün yerli vaxtla saat 09:15-də rabitə əlaqəsinin itdiyi “Bell” 412EP helikopterinin bu gün səhər qəzaya uğradığı məlum olub.

Belə ki, bölgədəki dağ yoluna nəzarət keçirmək üçün göndərilən hərbi xilasetmə helikopteri Maebaşi şəhəri yaxınlığında qəzaya uğrayıb.

Rəsmi məlumata əsasən qəza nəticəsində helikopterin göyərtəsindəki 9 xilasetmə üzvü həlak olub.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Yaponiya   Helikopter   Qəza  

Yaponiyada helikopter qəzası: 9 nəfər həlak olub

2018/08/thumbs_b_c_c9a816cb0d47110656edff95bcdcf3ce_1533971652.jpg
Oxunub: 510     15:11     11 Avqust 2018    