Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Ərəb koalisiyasının mətbuat katibi Turki Əl-Maliki bildirib.
O qeyd edib ki, ötən gün qiyamçı qüvvələr Əsirin Əl-Cürbəh şəhərində və Cəzənin mərkəzində yerləşən iki müxtəlif hərbi bazaya raket zərbəsi endirib.
Koalisiya rəsmisi hər iki hücumun qarşısının alındığını iddia etsə də, yerli mənbələr Əsirdəki hücumda azı 6 hərbçinin həlak olduğunu qeyd edib.
Dəyanət Ağalarlı
Ordu.az