Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə şəhərin “Seattle-Tacoma” beynəlxalq hava limanında baş verib.
Hadisə ilə bağlı hava limanından verilən açıqlamada bildirilib ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Q400 Turboprob” təlim qırıcısı dünən axşam saatlarında icazəsiz şəkildə uçuş həyata keçirib.
Hadisə aşkar edildikdən sonra bazadakı F-15 qırıcıları ilə təqib edilməyə başlayan təyyarə Puget şəhərinin cənubunda məcburi şəkildə yerə endirilib.
Qeyd edək ki, göyərtəsində pilotdan savayı heç bir sərnişinin olmadığı döyüş təyyarəsi hava limanının işçisi tərəfindən havaya qaldırılıb.
Dəyanət Ağalarlı
Ordu.az