Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, son illərdə bazar həcminin artım tendensiyası 2,2-4,5 faiz arasında dəyişir.
Belə ki, bu inkişaf tendensiyası nəticəsində bazarın ümumi çəkisi son 20 ildə təxminən 3 dəfə artıb.
Hazırda 3,8 milyard dollar olan bazarın başlıca istehsalçı şirkətləri “Aerocontrolex”, “Crane Aerospace” və “Weldon” korporasiyalarıdır.
Qeyd edək ki, ABŞ, Almaniya və Fransanın liderlik etdiyi bazarın 2027-ci ildə 6 milyard dolları keçməsi gözlənilir.
Dəyanət Ağalarlı
Ordu.az