Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə silahın istehsalçısı Rosoboronexport şirkətinin mətbuat xidməti bildirib.
Qeyd olunub ki, hazırda silahın bir sıra xarici müştəriləri onun NATO standartlarının altında qaldığını əsas gətirərək bir sıra təkliflər irəli sürürlər.
“Biz Tor-E2-nin üzərində araşdırmalar apararaq onun NATO alternativləri ilə müqayisə edəcəyik. Əgər irəli sürülən iddialar təsdiq olunarsa, onda silah NATO standartlarına uyunlaşdırılmaq məqsədilə modernizasiya ediləcək”, - deyə açıqlamada bildirilib.
Dəyanət Ağalarlı
Ordu.az