Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, "Gündəlikdən kənar" verilişində Ermənistanın istintaq komitəsinin rəisi Sasun Xaçatryan 0038 nömrəli əmrin detalları barədə bəzi açıqlamalar verib.
İstintaq komitəsinin rəisi qeyd edib ki, 0038 nömrəli əmr rəsmi məlumatlara əsasən cinayət işində əks olunmayıb.
"Həmin əmrin 3-cü maddəsində Ermənistan silahlı qüvvələrinin idarə rəisləri və ordu korpusu komandirlərinə tapşırıq verilir ki, mürəkkəb vəziyyətlərdə səmərəli fəaliyyət göstərə biləcək, yüksək hərəkət qabiliyyətinə malik taqımlardan ibarət yığma bölmələr yaradılsın və atıcı silahlarla təmin edilsin. Həmin əmrin 10-cu maddəsinə əsasən isə həmin bölmələr daha hazırlıqlı, mənəvi-psixoloji cəhətdən sağlam gizir heyəti və hərbi qulluqçularla komplektləşdirilməsi nəzərdə tutulur", - deyə Xaçatryan bildirib.
O hesab edir ki, təşkil edilən bu xüsusi qruplar cəbhədə hər hansı kəşfiyyat diversiya fəaliyyəti həyata keçirmək üçün nəzərdə tutula bilər.
Alpər Mövludoğlu
Ordu.az