Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, hadisə Səudiyyə Ərəbistanının Cəzən vilayətində baş verib.
Məsələ ilə bağlı rəsmi açıqlama verən koalisiyanın sözçüsü Turki Əl-Maliki bildirib ki, husi qiyamçıları Səudiyyə Ərəbistanının Cəzəndəki hərbi bazasına raket zərbəsi endirib.
Məlumata əsasən hücum zamanı 1 Səudiyyə hərbçisi həlak olub, daha 11-i isə yaralanıb.
Dəyanət Ağalarlı
Ordu.az