Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücumlar Səudiyyə Ərəbistanının Nəcran bölgəsində qeydə alınıb.
Məsələ ilə bağlı qiyamçılara yaxın mənbələrin yaydığı məlumata əsasən paralel şəkildə həyata keçirilən hücumlar nəticəsində Səudiyyə Ərəbistanının azı 7 hərbçisi həlak olub.
Qiyamçılar eyni zamanda 3 zirehli texnikanın yararsız hala salındığını bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanından məsələ ilə bağlı verilən rəsmi bəyanatda husilərin hücum cəhdləri təsdiqlənsə də, ordunun itki vermədiyi və hər hansısa texnikanın da yararsız hala salınmadığı bildirilib.
Dəyanət Ağalarlı
Ordu.az