Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı helikopterlərin istehsalçısı “Rosvertol” şirkətinin mühəndisi İqor Siçev bildirib.
O qeyd edib ki, şirkət Rusiya Müdafiə Nazirliyinin tələbi əsasında helikopterlərin kütləvi istehsalına başlayacaq.
Onun sözlərinə əsasən, ilkin mərhələ üçün ildə 26 ədəd helikopterin istehsalı nəzərdə tutulur.
Qeyd edək ki, saatda 270 kilometr maksimum sürətə və 82 nəfər desant daşıma qabiliyyətinə sahib nəqliyyat helikopterinin təqdimatı bu ilin 21-23 avqust tarixllərində keçiriləcək “Army 2018” forumu çərçivəsində baş tutacaq.
Dəyanət Ağalarlı
Ordu.az