Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyatlar İraqın Türkiyə ilə sərhəddəki Hakürk və Zap bölgələrində həyata keçirilib.
Əməliyyatlarla bağlı Türkiyə Baş Qərargahından verilən məlumatda qeyd olunub ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar ötən gün axşam saatlarında qeyd olunan bölgələrdə bir neçə mövqeyə hava zərbələri endirib.
Məlumata əsasən aviazərbələr nəticəsində əvvəlcədən müəyyən edilən bir neçə sığınacaq və silah depoları məhv edilib.
Dəyanət Ağalarlı
Ordu.az