Britaniya MN: Brexit ABŞ-Britaniya əməkdaşlığını zədələməyəcək

2018/08/thumbs_b_c_284f05fe1f650175a5e7b0aa9d6cc334_1533710554.jpg
Oxunub: 4270     14:12     08 Avqust 2018    
"Böyük Britaniya Avropa İttifaqını tərk edir. Biz dünyadakı rolumuzun nədən ibarət olduğunu yaxşı bilirik"

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Böyük Britaniya Müdafiə naziri Qavin Vilyamson bildirib.

O qeyd edib ki, Brexit əsas etibarı ilə iqtisadi bir qərardır və bu addımın siyasi təsirləri o qədər də böyük miqyasda hiss edilməyəcək.

“Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi onun dünyada sülhün və təhlükəsizliyin qorunmasında rolunu qətiyyən sarsıtmayacaq. Bizim müttəfiqliyimiz sadəcə rəsmi sənədlərlə deyil, həm də tarixi və mənəvi bağlarla dəstəklənir. Böyük Britaniyanın Brexit qərarı onun ABŞ və ya digər tərəfdaşlarla münasibətlərinə heç bir təsir göstərməyəcək. Biz ABŞ-ın ən böyük hərbi və siyasi dəstəkçisiyik və bu, belə də davamn edəcək”, - deyə Vilyamson bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Brexit   Böyük-Britaniya  


Bizi "telegram"da izləyin