Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə ölkənin Lahor vilayətində baş verib.
Məsələ ilə bağlı rəsmi açıqlama verən Lahor əyalət şurasının sədri Həmdullah Həmidin məlumatına əsasən NATO qırıcıları “Taliban”a qarşı hava əməliyyatı keçirərkən ehtiyatsızlıqdan polis bölməsini də hədəf alıb.
Belə ki, əməliyyat zamanı endirilən aviazərbələrdən 2-si bölgədəki polis məntəsinin üzərinə düşüb. Nəticədə 15 polis həlak olub, daha 14-ü yaralanıb.
Əfqanıstan Daxili İşlər Nazirliyi məsələ ilə bağlı araşdırma aparır.
Dəyanət Ağalarlı
Ordu.az