Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Türkiyə hökumət mənbələri yayıb.
Bildirilir ki, tərəflər iki ölkə arasında son günlərdə baş verən problemli məsələləri müzakirə ediblər.
Belə ki, Hulusi Akar Türkiyədə həbs olunan keşiş Endryu Brunsonla bağlı lazımı addımların atıldığını bildirib.
O həmçinin, F-35 qırıcılarının satışı ilə bağlı ABŞ konqresinin qoyduğu qadağalardan və tətbiq edilən sanksiyalardan dolayı narahatlığını dilə gətirib.
Ceyms Mettis isə türkiyəli həmkarının problemlərin aradan qaldırılması ilə bağlı göstərdiyi səyləri qiymətləndirdiyini bildirib və Türkiyənin ABŞ üçün əhəmiyyətli müttəfiq olduğunu vurğulayıb.
Qeyd edək ki, 40 dəqiqəyə qədər davam edən telefon danışığının detalları ilə bağlı rəsmi açıqlama verilməyib.
Dəyanət Ağalarlı
Ordu.az