Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sözügedən təyyarə NATO tərkibində xidmət edən İspaniya HHQ-yə məxsus “Eurfighter Typhoon” qırıcısıdır.
Məlumata əsasən təyyarə Estoniyanın Panqodi şəhəri yaxınlığında təlim uçuşu həyata keçirərkən pilotun ehtiyatsızlığından dolayı hava-hava tipli raket buraxıb.
Bildirilib ki, buraxılan raket özünü havada məhv edə bilməyib və partlamadan yerə enib. Hazırda raketin axtarışı davam etdirilir.
Qeyd edək ki, Rusiyadan 100 kilometr uzaqlıqda endirilən sözü gedən raket 75-120 kilometr uçuş mənzilinə sahibdir.
Dəyanət Ağalarlı