İsrail və HƏMAS arasındakı danışıqlar bu ay tamamlanacaq

2018/08/thumbs_b_c_6f655cb859e44075b2f8ee2a810ffa83_1533658607.jpg
Oxunub: 4551     00:15     08 Avqust 2018    
İsrail və HƏMAS-ın üçüncü tərəfin vasitəçiliyi ilə həyata keçirdiyi danışıqlar avqustun sonuna qədər tamamlanacaq.

Ordu.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan mənbə bildirib.

Mənbənin sözlərinə görə, aparılan danışıqlar nəticəsində əldə edilən razılıqlar da ay sonunda ictimaiyyətə bəyan ediləcək.

Qarşıdakı iki həftə ərzində isə tərəflər bir-birlərini sınaqdan keçirəcəklər. İlk olaraq isə Rifah qapısının açılacağı gözlənilir.

Planlaşdırılan sazişdə nəzərdə tutulan razılıqlardan birinin isə ən azı 5 illik atəşkəs olacağı ehtimal edilir. Qarşılığında fələstinlilər Qəzzadan İsrail ərazisinə hücumlarını dayandıracaqlar.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HƏMAS  


Bizi "telegram"da izləyin