Ordu.az xəbər verir ki, bu barədə “İndustry Today” jurnalının bazar araşdırması ilə bağlı yayımladığı hesabatda qeyd olunub.
Bildirilir ki, hazırda bazarın əsas söz sahibi iştirakçıları “BAE Systems”, “Leonardo”, “Lockheed Martin”, “Raytheon” və “Thales Group” şirkətləridir.
Hesabata əsasən bu bazarda da başlıca fərqlənən ölkələr ABŞ, Böyük Britaniya və Fransadır.
Belə ki, 48 milyard dollar istehsal həcminə sahib bazarın 31 milyard dollar, yəni təxminən 2/3 hissəsini bu 3 dövlət təmin edir.
Qeyd edək ki, ötən il 2,7 faiz artım dinamıkası göstərmiş sektorun inkişaf tempinin 2025-ci ildə 7,1 faizə qalxacağı və bununla da bazar həcminin 70 milyard dolları keçəcəyi ehtimal edilir.
Dəyanət Ağalarlı
Ordu.az