Ordu.az Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə modernizasiya layihəsini həyata keçirən “Tupolev” şirkətinin icraçı direktoru Aleksandr Konyukov bildirib.
O qeyd edib ki, avqustun 16-sı modernizasiya mərhələsini yekunlaşdıran ilk Tu-22M3 bombardımançıları Rusiya HHQ-yə təqdim ediləcək.
Konyukovun sözlərinə əsasən, şirkət sentyabrın əvvəllərində uzaq mənzilli hipersəs raket təchizatlı bombardımançıların ilkin sınağını keçirəcək.
Qeyd edək ki, 30 ədəd Tu-22M3M bombardımançısı modernizasiya ediləcək və onlar sinifin ən son nümayəndəsi kimi Tu-22M3M adını alacaq.
Dəyanət Ağalarlı
Ordu.az