Ərəb koalisiyası 2 “Hizbullah” hərbi ekspertini məhv edib

2018/08/509630999_1533652780.jpg
Oxunub: 3527     21:21     07 Avqust 2018    
Səudiyyə Ərəbistanının liderlik etdiyi Ərəb koalisiyası Yəməndə husilərə qarşı əməliyyat keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı koalisiyanın sözçüsü Turki Əl-Maliki bildirib.

O qeyd edib ki, koalisiya qüvvələrinə məxsus qırıcılar Yəmənin Mərib şəhəri yaxınlığındakı husi qiyamçılarına aviazərbələr endirib.

Rəsmi məlumata əsasən hücum nəticəsində 15-dən çox qiyamçının məhv edildiyi bildirilir.

Qeyd edək ki, Əl-Maliki öldürülən silahlılardan 2-sinin husilərə təlim keçən təcrübəli “Hizbullah” hərbi ekspertləri olduğunu vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   Ərəb-Koalisiyası   Husilər   Hizbullah  


Bizi "telegram"da izləyin