Əfqanıstanda qarşıdurmalar davam edir: 15 hərbçi və 22 qiyamçı ölüb

2018/08/24afghan_1533650803.jpg
Oxunub: 1806     20:39     07 Avqust 2018    
Əfqanıstanın Fərəh vilayətində ordu qüvvələri ilə “Taliban” qiyamçıları arasındakı qarşıdurmalar səngimək bilmir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qarşıdurmalar vilayətin Bala Bülük şəhəri ətrafında baş verir.

Bu barədə Fərəh vilayət şurasının üzvü Cəmilə Ameyinin bildirdiyi açıqlamaya əsasən, qarşıdurmalar zamanı ordunun 15 hərbçisi həlak olub, daha 2-si isə yaralanıb.

Qarşıdurmalar zamanı ordunun şiddətli müqaviməti nəticəsində 22 “Taliban” yaraqlısı da həlak olub.

Hazırda ərazidə nisbi sakitlik hökm sürür.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin