Qazaxıstanın yeni müdafiə naziri təyin edilib

2018/08/Снимок_1533650192.png
Oxunub: 1675     20:28     07 Avqust 2018    
Qazaxıstan prezidenti Nursultan Nazarbayev yeni Müdafiə nazirinin təyin edilməsi ilə bağlı əmr verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Qazaxıstan Prezident Administrasiyası yayıb.

Bildirilir ki, Qazaxıstan prezidentinin sərəncamına əsasən Qazaxıstan Müdafiə Nazirliyinin başına Nurlan Yermekbayev gətirilib.

Yermekbayev daha öncə Qazaxıstanın Çin, Vyetnam və Cənubi Koreyadakə səfiri olub, həmçinin Qazaxıstan Milli Təhlükəsizlik Şurasının sədri, Dini və Sivil Qurumlarla iş üzrə nazir vəzifəsini icra edib.

Qeyd edək ki, o, 2016-cı ildən Müdafiə naziri vəzifəsini icra edən Saken Jazusakovu əvəz edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   Müdafiə-nazirliyi   Təyinat  


Bizi "telegram"da izləyin