“Lockheed” Pentaqonun TPKS üzrə tenderinin qalibi olub

2018/08/Снимок_1533648208.png
Oxunub: 1421     20:19     07 Avqust 2018    
“Lockheed Martin” şirkəti və ABŞ Müdafiə Nazirliyi arasında 34 milyon dollarlıq müqavilə imzalanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, layihə çərçivəsində şirkət ABŞ HHQ-nin xidmətindəki olduqca yüksək tezlikli təkmilləşdirilmiş peyk kommunikasiya sistemlərinin (TPKS) modernizasiyasını həyata keçirəcək.

Məlumata əsasən 32 milyon dollar dəyərindəki layihə ABŞ-ın Kaliforniya ştatındakı “Sunnyvale” mərkəzində həyata keçiriləcək.

Qeyd edək ki, layihənin 2019-2021-ci illəri əhatə etməsi planlaşdırılır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Lockheed-Martin   TPKS  


Bizi "telegram"da izləyin