ABŞ Hərbi Hava Qüvvələrinin xidmətindəki B-2 stels qırıcılarının nüvə bombalarının interasiya edilməsi sınağı keçirilib.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sınaqlar Florida ştatında həyata keçirilib.
Məsələ ilə bağlı Pentaqonun mətbuat xidmətinin yaydığı məlumata əsasən sınaq zamanı GPS təchizatlı bu bombardımançılara 0,3 kilotonla 50 kiloton arasında ətalətli nüvə bombaları inteqrasiya edilib.
Bildirilib ki, bombardımançı sınaqları uğurla tamamlayıb.
Qeyd edək ki, təyyarənin endirdiyi B-61-12 ətalətli nüvə bombaları yerin 3 metr daxilinə qədər nüfuz etmə imkanı verir ki, bu da silahın təsir gücünü daha da artırır.
Dəyanət Ağalarlı
Ordu.az