Əfqanıstan ordusu daha 17 qiyamçını zərərsizləşdirib

2018/08/5cf75633ad4ffba84dbf7f092bcd75ff_XL_1533642160.jpg
Oxunub: 3389     18:57     07 Avqust 2018    
Əfqanıstan ordusu Fəryab vilayətində əməliyyatlarını davam etdirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbəre verir ki, əməliyyat vilayətin Dövlətabad şəhərində baş tutub.

Məsələ ilə bağlı Əfqanıstan hərbi mənbələrinin yaydığı məlumata əsasən, əməliyyatlar zamanı 10 “Taliban” üzvü məhv edilib, daha 7-si isə yaralanıb.

Qeyd edək ki, qiyamçılar 2 gün öncə Fəryab vilayətində 50-ə qədər hərbçinin ölümünə səbəb olan silsilə hücumlar keçirdikdən sonra ordu qüvvələri bölgədə intensiv əməliyyatlara başlayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin